İŞİD-in "müdafiə naziri" məhv edildi - MƏSCİDDƏ

İŞİD-in liderlərindən biri məhv edilib. APA TV-nin məlumatına görə, bu barədə İraq televiziyası xəbər verib.

Əbu Bəkr əl-Bağdadinin ən yaxın adamlarından biri İyada əl-Cumeyli məhv edilib. Əl-Qaim yaşayış məntəqəsinin bombalanması zamanı məscidlərdən birində gizlənən əl-Cumeyli İŞİD-in "müdafiə naziri" olub.

İraq hökumət qüvvələri isə Mosulun qərb məhəllələrində terrorçulara qarşı mübarizəni davam etdirir. Döyüşlər artıq şəhərin mərkəzinə yaxın ərazidə - Bab əl-Cadid məhəlləsində gedir. Koalisiya kəşfiyyatı Mosuldakı terrorçuların sayının yarıbayarı azaldığını bildirir.

Şəhər sakinləri qeyd edir ki, aclıq və böyük təhlükələrə rəğmən sağ qala biliblər. Onlar İŞİD işğalı müddətində alçaldıqlarını deyir.

Hazırda Mosulda 400 min insanın girov qaldığı ehtimal olunur.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR