Ermənistanda seçkilər bitdi, "exit poll"un nəticələri məlumdur
Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi başa çatıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, səsvermə məntəqələri artıq bağlanıb.
Seçkilərdə ümumilikdə 9 siyasi partiya və blok iştirak edib. Ermənistan Mərkəzi Seçki Komissiyası səsvermə prosesində səsvermə hüququ olan 2.564.795 vətəndaşın 1 milyon 317 min 936 nəfərinin və ya 50,93 faiz seçicinin iştirak etdiyini açıqlayıb.
Bu arada səsvermə prosesi zamanı keçirilən "exit-poll"un nəticələri də artıq məlumdur. Hakim Respublika partiyası ilkin nəticələrə əsasən səslərin 46 faizini, "Tsarukyan" bloku 25, "ELK" 10, Daşnaksutyun səslərin 5 faizini toplaya bilib. Bu nəticələrə görə parlamentə adı çəkilən siyasi təşkilatlar keçə bilir.
Digər siyasi təşkiltalar - "Erməni dirçəlişi" 4, "Ohanyan-Raffi-Oskanyan" bloku və Ermənistan Xalq Partiyası Konqresi hər biri 3, "Azad Demokratlar" və Ermənistan Kommunist Partiyası 2 faiz səs toplaya bilib.
Yerli vaxtla saat 17:00-a olan məlumatlara görə, səsvermə zamanı qanun pozuntuları ilə bağlı polisə 84 şikayət daxil olub. Baş Prokurorluğun xüsusi qrupu qanun pozuntuları faktı üzrə 1317, Ermənistan İstintaq Komitəsi isə 73 şikayət faktını qeydiyyata alıb.
Qeyd edək ki, Ermənistanda seçkilərin gedişini ATƏT, AŞPA və MDB-dən olan müşahidə missiyaları izləyir.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman