Seçki rəzaləti: Serjin barmaq problemi, Ter-Petrosyanın "kolxoz" bənzətməsi...
Ermənistanda keçirilən parlament seçkilərində kuryoz hadisə yaşanıb.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan səs verən zaman seçki məntəqələrində barmaq izinin tanınması üçün nəzərdə tutulan aparat onların heç birinin barmaq izini tanımayıb.
S. Sərkisyan 10 barmağının hamısını aparata yaxınlaşdırsa da, bunun bir nəticəsi olmayıb. Nəhayət, S. Sərkisyan seçki komissiyasına pasportunu təqdim edib, talon alaraq səs verib.
L. Ter-Petrosyan da anoloji durumla üzləşib. Çətinliklə səs verən Ermənistanın birinci prezidenti seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib.
Eyni hadisə parlamentin spikerinin də başına gəlib.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman