Qubada qadın doğuşdan sonra öldü
Quba rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə, 34 yaşlı Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
Doğuş normal keçib, əməliyyatdan sonra S.Seyidəliyevanın damarına riopoliqulikin adlı preparat vurulub. Xəstə bundan şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, S.Seyidəliyeva həyatını itirib. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirib ki, doğuş zamanı heç bir həkim səhvi olmayıb, bütün prosedur qaydalara əməl olunub, xəstə damarına vurulan dərmana əks-reaksiya verib: "Xəstə ayın 31-də müraciət edib, ayın 1-i qeysəriyyə əməliyyatı aparılıb. Əməliyyat uğurla keçib. Əməliyyatdan sonra qadının huşu özündə olub, danışa bilib. 3 sat sonra protokola uyğun olaraq bütün əməliyyatdan çıxan qadınlara maye köçürülməlidir. İlk mayə köçürülməsindən sonra qadın kəskin reaksiya verib və şok keçirib. Həkimlər əlindən gələni edib. Eyni dərmandan daha 3 nəfərƏ vurulub, heç bir problem olmayıb. Uşağın vəziyyətə normaldır".
Ölənlərin yaxınları bildirib ki, doğuşdan sonra onlara hər şeyin qaydasında olduğunu və hər hansı problemin olmadığını deyiblər: "2011-ci ildən ailə qurublar, qız uşaqları olub. İkincini dünyaya gətirəndən sonra, səhər dünyasını dəyişib. Axşam uşaq və ana yaxşı olub, səhər isə belə hadisə baş verib".
Qadının yaxınları bir ay əvvəl də xəstəxanaya müraciət etdiklərini qeyd ediblər: "Bir ay əvvəl xəstəxanaya müraciət edib, 3 gün müalicə alıb. Bildiriblər ki, hər şey yaxşıdır, aparın 3 gündən sonra gətirərsiniz. 3 gündən sonra əməliyyat ediblər, atasına deyiblər ki, hər şey qaydasındadır, oğlun olub. Atası da şirni alıb verib. Səhər zəng ediblər ki, yoldaşının vəziyyəti pisdir, dərman vurublar sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA