Cavid Qurbanov: "Qışın sərt keçməsi Bakı-Tiflis-Qars kəmərinin tikinitisini yubadıb"
"Bu il Bakı-Tiflis-Qars layihəsində işlər çox irəli getməli idi, amma qışın sərt keçməsi bu işlərə maneə yaratdı". APA TV-nin məlumatına görə, bu fikirləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Bu il Qarsda 47-54 dərəcə şaxta olub, ona görə işlər yubanıb. Qarsda 80 kilometrlik yolun 27 kilometrinin üst yatağı artıq düzülüb. Gələn ay Qarsda Türkiyəli nazir Əhməd Arslanla görüşəcəyəm. Bu il avqustun axırı, sentyabrın əvvəlinə kimi Qars yolunu aça bilərik. Bizə mane olacaq bir məsələ qalmayıb. Azərbaycan və Gürcüstan tərəfdə işlər demək olar ki, tam yekunlaşıb. Burada təxmini 10-15% iş qalıb. Türkiyə tərəfdə isə tikini işləri hələ davam edir".
Cavid Qurbanov qeyd edib ki, “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların ümumi bir tarif siyasəti, yuxarı və aşağı həddi var”.
"Daşınan yük üçün qiymət hər kilometrə görə təyin olunacaq və bu qiymət hər daşınan yükün getdiyi marşrut boyu keçərlidir. Yükdaşıma forması çoxdur. Neft məhsulları, qida, tikinti məhsulları və digər yükdaşımalar üçün ayrıca qiymət formalaşdırılacaq. Ukrayna da bu yaxınlarda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşuldu və müvafiq sənədlər imzalanandan sonra vahid tarif tətbiq olunacaq. Ödənişlərə gəlincə, bu, ərazidən asılı olacaq. Tutaq ki, Qazaxıstan ərazisindən keçən xətt 3000 kilometrdir. Oradan keçən yük üçün çox ödəniş olacaq. Amma Gürcüstanda bu xəttin uzunluğu 500 kilometrdir. Buna görə də burada ödəniş azalacaq".
Qeyd edək ki, Bu gün Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin və eyni zamanda təşkilatın ümumi yığıncağında bir sıra normativ sənədlər təsdiqlənib. Tədbirin sonunda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə əlaqədar protokol imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman