Atları kəsib, ətləri Bakıya gətirmək istədi, yaxalandı

Kürdəmir rayonunun Xınıslı kəndində atları kəsib satan şəxs ifşa olunub. APA TV-nin yerli bürosunun məlumatına görə, kənd sakini 33 yaşlı Anar Bağırov həyətyanı sahəsində 2 baş atı kəsib.

O, heyvanların ətini Kürdəmir rayon Yenikənd sakini  54 yaşlı Tahir Kərimovun  "Mercedes" markalı  avtomobilinin yük yerinə yığıb apararkən polis tərəfindən yaxalanıb.

Rayon baytarları müsadirə olunan at ətindən laborator müayinə üçün nümunə götürüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, bu, Anar Bağırovun ilk qanunsuz əməli deyil. Bundan əvvəl də o, at əti satışına görə saxlanılıb. Anar Bağırovun avtomobilində dəfələrlə Bakıya at əti apardığı məlum olub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR