Gəncədə güclü külək parklardakı ağacları aşırdı
Ötən gecə qərb bölgəsində əsən güclü külək Gəncədə bir sıra fəsadlar yaradıb.
APA TV-nin Qərb bürosunun məlumatına görə, şəhərin Əttarlar küçəsində, "Məhsəti Gəncəvi" parkında şam ağacı küləyin təsirindən aşaraq işıqlandırma dirəyini sıradan çıxarıb.
"Füzuli" parkında, 1-ci mikrorayonda da küləyin təsirindən ağaclar aşıb. Aidiyyəti qurumlar səhər saatlarından başlayaraq fəsadların aradan qaldırılması işləri ilə məşğuldur.
Gecə saatlarında şəhərin bəzi yerlərində elektrik verilişində fasilə olsa da, tez bir zamanda bərpa edilib.
Külək Qərb bölgəsində bir neçə rayonda da fəsadlar yaranıb. Kəndlərə gedən elektrik xətləri qırılıb, dirəklər aşıb. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
80
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
365
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
362
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1107
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1190
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1712