Çavuşoğlu-Tillerson görüşündə şok müzakirələr: İLK DƏFƏ AÇIQLANDI
"ABŞ dövlət katibi Reks Tillerson prezident Ərdoğanla görüşdə Suriyada təhlükəsiz ərazilərin yaradılması barədə danışdı. Söhbət terrorçulardan təmizlənmiş bölgələrin yaradılması, qaçqınların bu ərazilərə qaytarılması, Körfəz və Avropa ölkələrinin humanitar yardımlar üçün xüsusi fond yaratması, təhlükəsizliyi xarici deyil, yerli qüvvələrin təmin etməsi müzakirə olundu. "Ona biz Suriyada eyni işi görürük, gəlin, bu işi birlikdə görək, Avropanı da bu prosesə cəlb edək" dedik".
APA Tv-nin məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. Tillersonla danışıqların mahiyyətini açıqlayan Çavuşoğlu deyib ki, Tramp administrasiyasının YPG terror təşkilatından istifadə qaydası əvvəlki administrasiyadan fərqli deyil.
"Dedik ki, YPG ilə əməkdaşlığa tərəfdar olan amerikalı hərbçilər, o cümlədən ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Danford belə YPG-nin PKK-dan fərqlənmədiyini bilir. Niyə onlarla əməkdaşlıq edirsiniz? Cavab verdi ki, YPG-dən istifadə etməsək, bölgəyə daha çox hərbçi göndərmək məcburiyyətində qalardıq. Niyə məcbur qalırdınız, biz varıq, müxaliflər var dedik. Tillerson dedi ki, alternativi görmək istəyirik, hələ qərar verməmişik. Çıxardığım nəticə budur - ABŞ hesab edir ki, YPG-dən əl çəkən kimi terrorçular Rusiyanın nəzarətinə keçə bilər. Mən də dedim ki, iki böyük ölkənin bir terror təşkilatından istifadə etməsi acizlikdir.
Çavuşoğlu Tillersona deyib ki, YPG nəzarət etdiyi ərazilərdə təhlükəsizliyi təmin edə bilməz: "Səbəbini soruşanda cavab verdim ki, Türkiyəyə Suriyadan 300 min kürd qaçqın gəlib, onların 90 faizi YPG-nin nəzarətində olan bölgələrdən gəliblər. YPG onları köçə məcbur edib. Niyə? Çünki eyni ideologiyanı bölüşmürlər. YPG digər etnik qrupları da köçə məcbur etdi. "Fərat qalxanı" əməliyyatını nümunə göstərdik. Dedik ki, Azad Suriya Ordusu var, biz də ora əlavə hərbi qüvvələr göndərərik. Bu işi sizinlə və koalisiya qüvvələri ilə birgə görərik. Müttəfiqinizə hücum edən terror təşkilatına dəstək verməyiniz isə münasibətlərimizə mənfi təsir edər".
Çavuşoğlu Türkiyənin İraqın şimalında yerləşən Sincar qəsəbəsini PKK terrorçularından təmizləmək üçün hərbi əməliyyat keçirə biləcəyini deyib: "Sincarı təmizləmək üçün hərbi varianta ehtiyac olsa, istifadə edəcəyik. Çünki bizim üçüm Sincarla Kandilin fərqi yoxdur, hər ikisi PKK-nın terror yuvasıdır. ABŞ "bizə PKK-nın Sincardan və olduqları hər yerdən geri çəkilməsi planımız var" dedi, amma biz xatırlatdıq ki, Menbiçdə də YPG-nin Fəratın şərqinə çəkiləcəyinə söz vermişdiniz. Hakimiyyətə gəlməyinizdən bir neçə ay keçib, amma YPG hələ də Menbiçdədir".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA