Ermənistan "susdu" - SEÇKİ ÖNCƏSİ GƏRGİNLİK
Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək. APA TV-nin məlumatına görə, bu gün ölkədə "sükut günü"dür.
Seçkidə Respublika partiyası, Kommunist partiyası, Daşnaksutyun, "Azad demokratlar" və "Erməni dirçəlişi" partiyaları, həmçinin dörd siyasi blok - "Yelk", Ermənistan Milli Konqresi, "Ohanyan-Raffi-Oskanyan" və "Tsarukyan" blokları iştirak edir. Ekspertlər hesab edir ki, seçkilər gərgin keçəcək. Son sorğuya görə müxalifət bloku olan "Tsarukyan" hakim Respublika partiyasını üstələyir. Eyni zamanda ölkənin hər 5 nəfərindən 4-ü hazırki baş nazir Karen Karapetyanın öz postunda saxlanmasının tərəfdarıdır. Seçkilərdə hakim düşərgənin əsas rəqibi qismində Ermənistan Milli Konqresi və "Ohanyan-Raffi-Oskanyan" bloku göstərilir.
Respublika partiyasından seçki siyahısına 4 ay əvvəl müdafiə naziri təyin olunmuş və bundan bir ay sonra hakim partiya üzvü olmuş Vigen Sarkisyan başçılıq edir.
Levon Ter-Petrosyan və Stepan Dəmirçiyan seçkilərə "Xalq" partiyasından qatılıb. Onlar Qarabağ problemini həll etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq proqramını əsas məsələ kimi qoyublar.
Sabiq müdafiə naziri Seyran Ohanyan, Ermənistanın keçmiş xarici işlər nazirləri Raffi Ovanisyan və Vardan Oskanyan "Ohanyan-Raffi-Oskanyan" blokuna başçılıq edirlər.
Biznesmen, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın başçılıq etdiyi "Tsarukyan" blokunun da hakim partiyaya müəyyən maneələr yaradacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq.
Bəzi siyasi müşahidəçilərin fikrincə Ermənistanın parlament respublikasına çevrilməsi bu ölkənin Qərblə yaxınlaşmasına və Rusiyanın bölgədəki geosiyasi üstünlüyünün azalmasına səbəb ola bilər.
Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddəti isə gələn il başa çatacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA