"Binə" Ticarət Mərkəzində yanğın baş verib
“Binə” Ticarət Mərkəzində yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın ticarət mərkəzinin 7-ci sırasında yerləşən 2 mağazada qeydə alınıb. Şahidlərin sözlərinə görə, dükanların birində qəfildən yanğın başlayıb. Daha sonra alov digər dükana keçib. Dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Qonşuluqda olan mağazaların sahibləri mallarını tez çıxara biliblər. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqilində yaranan qısa qapanma olub.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
71
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
363
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
362
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1107
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1190
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1712