Tramp imzalanma mərasimini yarımçıq qoydu - AYAQYOLUNA TƏLƏSİRMİŞ İDDİASI
Donald Tramp gözlənilməz hərəkətlə yenidən gündəmə gəlib. APA TV-nin məlumatına görə, ABŞ prezidenti cümə günü iki qərarnamə imzalamaq üçün kameralar qarşısına keçib.
Ancaq Tramp bunun yerinə Oval Ofisdə indiyə qədər heç vaxt baş verməyən qəribə hadisəyə səbəb olub.
O, Çini hədəfə alan həm ticarət kəsirini azaltmaq, həm də anti-damping tədbirlərini gücləndirmək məqsədi ilə qərarnaməni imzalamaq üçün vitse-prezident Mayk Pens və digər Ağ Ev rəsmiləri ilə bir araya gəlib.
Tramp "Hər kəsə çox təşəkkür edirəm. Qərarnamənin yaxşı nəticələrini çox qısa zamanda görəcəksiniz" dedikdən sonra qapıya yönələrək otağı tərk etmək istəyib.
Tramp bu hərəkəti ilə keçmiş müşaviri Maykl Flinlə bağlı sualdan yayınsa da, qərarnaməni imzalamadan otağı tərk edib.
Mayk Pens Trampa qərarnaməni imzalamadığını desə də, o buna fikir vermədən oradan çıxıb. Pens isə sənədi götürərək Trampın axrasınca getmək məcburiyyətində qalıb.
Baş verən qəribə hadisə mətbuatda "Tramp tualetə tələsirdi" iddialarının səbəb olub.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA