Ağ Ev: Əsədlə barışmalıyıq
"ABŞ Bəşər Əsədin Suriya prezidenti postunda qalması ilə barışmalıdır". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Ağ Evin sözçüsü Şon Spayser bildirib.
O qeyd edib ki, Vaşinqton Əsədlə yox, Suriya ərazisində İŞİD-lə mübarizə aparmalıdır.
"Hazırkı vəziyyətdə siyasi reallıq bunu tələb edir. Obama administrasiyası dövründə ABŞ düzgün olmayan addımlar atıb və biz əlverişli məqamlarda fürsətləri əldən vermişik", - deyə Spayser vurğulayıb.
Xatırladaq ki, eyni mövqedən ABŞ Dövlət Departamentinin rəhbəri Reks Tillerson Türkiyəyə səfəri zamanı çıxış edib. Diplomat qeyd edib ki, Əsədin taleyini Suriya xalqı həll etməlidir.
OXŞAR XƏBƏRLƏR
14:29
361
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
360
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1107
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1190
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1712
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
1091