Cinsi azlıqların lideri vəfat etdi

Tanınmış rəssam və LGBT fəalı amerikalı Gilbert Beyker ölüb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o, 65 yaşında dünyasını dəyişib.

Bu barədə onun həmkarı və dostu Kliv Cons öz "Twitter" səhifəsində yazıb:

"Mənim ən yaxşı dostum artıq həyatda yoxdur, o mənə 40 ilin dostluğunu və məhəbbətini bəxş etdi", - deyə o bildirib.

Gilbert Beyker 1978-ci ildə gey olduğunu açıq bildirən və Kaliforniyada dövlət postuna təyin olunan Xarvi Milkanın xahişi ilə rəngli bayrağı hazırlayıb. Bu bayraq ilk dəfə San-Fransiskoda gey-paradda nümayiş olunub və LGBT-nin simvolu elan edilib.

Gilbert Beykerin ölümünün səbəbi məlum deyil, o ömrünün son illərini Nyu-Yorkda yaşayıb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR