OPEK-in bazara təsiri yüksəlir, neftin qiyməti 54 dollara çatır
Neft birja həftəsini yüksək qiymətlərlə başa vurub. Birjaların son hərraclarında "Brent" markalı neftin qiyməti 53,70 dollar olub, bu ötən həftənin şənbə günü qeydə alınan son qiymətdən 2,74 dollar bahadır. 2017-ci ildə neftin həftəlik qiymətində ilk dəfə bu cür bahalaşma qeydə alınır. Qərbi Texas neftində bu qədər həftəlik fərq qeydə alınmasa da, bu markadan olan neft də həftəni yüksək səviyyələrdə bitirib. Son hərracda WTİ nefti 50,81 dollara satılıb ki, bu da ötən həftənin şənbə günü qeydə alınan qiymətdən 2,41 dollar bahadır.
Həftə ərzində ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının gözlənilən səviyyədə atrmaması, neftayrıma zavodlarında emal prosesinin sürətlənməsi, OPEK-in toplantısından sonra hasilatı azaltmaq qərarının müddətinin uzadılmasına dair mesajlar verilməsi neftin qiymətini dəstəkləyir. Bu həftə bazarda OPEK amili ABŞ-dan qaynaqlanan mənfi faktorların təsirini azaltmağa nail olub. Hələlik birjalarda OPEk faktoru güclənmə trendindədir, bu səbəbdən ABŞ-da şist nefti hasil edən buruqlarının sayının bu həftə də artması qiymətləri ucuzlaşdıra bilməyib. "Baker Hughes" şirkəti həftə ərzində ABŞ-da belə buruqların sayının daha 15 ədəd artaraq 824 təşkil etdiyini açıqlayıb. Bununla da ölkədə hasilata başlayan buruqların sayı il ərzində 374 vahid artmış olub.
OXŞAR XƏBƏRLƏR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman