BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb. APA TV-nin məlumatına görə, bu barədə bəyanatla  BMT baş katibinin nümayəndəsi Fərhan Haq çıxış edib.  BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatlarını tam dəstələyərək, tərəfləri atəşkəsi poza biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

 

“Biz gərginliyi azaltmaq üçün bütün səyləri alqışlayırıq və  məzmunlu danışıqları bərpa etmək üçün tərəfləri zəruri siyasi iradə göstərməyə çağırırıq”, deyə Fərhan Haq qeyd edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR