FHN əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə qurumun əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
APA Tv-nin məlumatına görə, ziyarətçilər əvvəlcə, Qudyalçay vadisində yerləşən, soyqırımı izini itirmək istəyən erməni cəlladlarının qədim Qubanın su ehtiyat anbarları kimi istifadə olunmuş quyulara atdığı faciə qurbanlarının kütləvi sümük qalıqları olan məzarlığa baş çəkiblər.
Sonra kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə soyqırımına aid 19 bölmədən ibarət, 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayan və qanlı hadisələrdən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırımı haqqında sərəncamı və digər tarixi sənədlərin olduğu muzey ekspozisiyası ilə tanışlıq olunub.
Soyqırımı kompleksinə ziyarətdən sonra, FHN əməkdaşları Quba şəhəri Heydər Əliyev Mərkəzinə, Quba Xalçaçılıq Muzeyinə, Quba rayon Tarix-diyarşünaslıq Muzeyinə və bir sıra tarixi yerlərə baş çəkiblər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA