FHN Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, 1918-ci il martın 31-dən ermənilərin Bakı və ətraf kəndlərdən başlatdığı soyqırımı Azərbaycanın bir çox şəhər və rayonlarını, indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı kəndləri əhatə edib. Daşnak-bolşevik birləşmələri yüzlərlə yaşayış məntəqəsini dağıdıb, on minlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirib, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib.

 

Azərbaycan Milli Məclisinin deputatı, professor Elman Nəsirov çıxışında deyib ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb. Ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi, doğma yurdlarından didərgin salınması siyasəti XX əsrin sonlarında da davam edib.

 

E. Nəsirov qeyd edib ki, hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və güclü ordumuz ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın edəcək.

 

Tədbirin sonunda 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videoçarx nümayiş olunub. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR