Bərzaniyə Ankaradan cavab gəldi: "Düzgün addım deyil"

Məsud Bərzaninin yaxın vaxtlarda nəzarət etdiyi ərazidə müstəqillik referendumu keçirəcəyinə dair bəyanatına rəsmi Ankaradan cavab gəlib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bu addımın düzgün olmadığını deyib.

 

"Biz bu məsələni əvvəllər kürd bölgəsinin rəsmiləri ilə müzakirə etmişdik. Biz bunun yanlış qərar olacağını düşünürük. Xüsusilə də İŞİD-lə mübarizə apardığımız bir şəraitdə bunu düzgün saymırıq".

 

İbrahim Kalın İraqın etnik, dini və məzhəb baxımından müxtəlifliyinin nəzərə alınmasını vacib sayıb. O, Kərkükdə bayraq asılması hadisəsini xatırladıb və bunun da yanlış olduğunu vurğulayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR