Hərb Tarixi Muzeyində yeni film təqdim olundu
Hərb Tarixi Muzeyində "31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş sənədli film təqdim olunub. APA TV-nin məlumatına görə, soyqırımın 99-cu ildönümü ilə bağlı keçirilən konfransda çıxış edən muzeyin rəisi Əzizağa Qənizadə ermənilərin azərbaycanlılara qarşı törətdiyi təcavüzündən danışıb.
O bildirib ki, müxtəlif vaxtlarda sistemli şəkildə, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, soyqırımlar bunun bariz nümunəsidir: "Erməni millətçiləri tərəfindən həyata keçirilən bu siyasət, azərbaycanlılara qarşı, kütləvi şəkildə, soyqırım aktlarının reallaşması və torpaqlarımızın zəbt olunması ilə nəticələndi. Bu soyqırımlar 20-ci əsr boyunca dəfələrlə təkrarlandı. İndi bu soyqırımdan 99 il ötür. Biz ictimaiyyətin fikrini erməni vəhşiliyinə bir daha yönəltməliyik. Ölkədə ilk dəfədir bu film nümayiş etdirilir. Film Müdafiə Nazirliyinin sənədli filmlər studiyası tərəfindən hazırlanıb, şovinist işğalçı ermənilərin vəhşiliyindən bəhs edir".
Daha sonra muzeyin baş elmi işçisi Nuru Məmmədov, Vahid İsmayılov, Zəfər Kərimov və başqaları çıxış edərək, gələcək nəsillərə erməni vəhşiliklərini çatdırmağın vacib olduğunu vurğulayıblar. 31 Mart soyqrımının tarixindən, azərbaycanlıların başına gətirilən müsbətlərdən söhbət açılıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA