"Qarabağ: əsirlər və girovlar. Közərən xaç" filminin təqdimatı keçirilib
31 mart - Dünya Azərbaycanlılarının Soyqırım Günü Mətbuat Şurası tərəfindən "Qarabağ: əsirlər və girovlar. Közərən xaç" filiminin təqdimatı olub. APA TV-nin məlumatına görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, ermənilər 1918-ci ilin martında Azərbayanın müxtəlf yerlərində qətliamlar törədib və on minlərlə azərbaycanlını qətlə yetiriblər.
Film haqqında məlumat verən Əflatun Amaşov deyib ki, ekran işində müharibənin dəhşətləri, əsir və girovlara qarşı münasibət öz əksini tapıb: "Fimdə 3 qəhrəmandan bəhs edilir. Bunlardan biri alman əsilli Elvin Tranzəndir. 2-ci dünya müharibəsində almanların tərəfində vuruşub, əsir düşüb. Azərbaycanda yaşayıb. 2-ci əsir isə Azərbaycanda həbsdə olan Ermənistan əsgəri Arsen Baqdasaryandır. Ona 15 il iş verilib. 3-cü qəhrəman azərbaycanlıdır. Onun taleyi digər əsirlərin taleyindən dəhşətli dərəcədə fərqlənir".
Filmin qəhrəmanları əsirlik həyatlarından danışıblar. A.Baqdasaryan ona Azərbaycanda göstərilən xoş münasibətdən, M. Məmmədov isə Ermənistanda 9 ay müddətində məruz qaldığı işgəncələrdən söz açıb.
Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, məsləhətçisi Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovdur.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA