Bakıda külək güclənəcək, bölgələrə qar yağacaq

"Aprelin 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq". Bu barədə APA TV-yə Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, bu axşam Bakıda yağış yağması gözlənilir.

 

"Gecə və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturunun gündüz 7-11 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Aprelin 1-i yağıntıda qısa fasilə yaranacaq. Aprelin 2-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, ayın 31-i ilə müqayisədə nisbətən mülayimləşəcəyi gözlənilir".  

 

Bölgələrdə də hava yağmurlu olacaq. Dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntı intensiv olacaq. Temperatur gündüz Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 5-8 dərəcə isti olacaq. Aprelin 3-dən  etibarən ölkə ərazisində hava mülayimləşəcək, temperatur tədricən yüksələcək.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR