Sumqayıtda Türkiyə vətəndaşına basqın edildi

Sumqayıtda Türkiyə vətəndaşı döyülüb.  İki nəfər naməlum şəxs  3-cü mikrorayon ərazisində Gülaşı Səlahəddin Mehmet  oğluna yaxınlaşaraq ondan nə isə soruşublar. Daha sonra onu döyərək 1700 manat pulunu alıblar.

 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Rəşad Sadıqov və onun həmyerlisi Elbrus Məmmədov saxlanılıb.

Rəşad Sadıqov soyduqları şəxslə viski içdiklərini deyib: "Əlində viski içirdi. Dedim ver içim. Verdi.  Kənara çəkdik. Pulunu aldıq". 

Elbrus Məmmədov cinayət törətdiklərini etiraf edib: "Bizdən siqaret istədi, verdik. Biz də onun viskisini içdik. Sonra çəkdik onu binanın tininə, vurduq . Yerə yıxıldı, pulları töküldü. Götürdük qaçdıq. Pulları böldük. Adama 750 manat pul düşdü".

 

Törətdikləri hadisədən martın 19-da onların qarşısına "ayıq sürücü" xidməti göstərən şəxs çıxıb. Adı çəkilən şəxslər Masallı rayon sakini Vüqar Nəhmətovu Sumqayıt şəhəri ərazisində bıçaqla hədələyərək onun 21 manat pulunu, mobil telefonunu və gödəkçəsini alıblar.

Hər iki faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR