Bərzani: "Bu yaxında müstəqillik referendumu keçirəcəyik"
İraq Kürd Muxtariyyətinin başçısı Məsud Bərzani yaxın bir vaxtda müstəqillik referendumu keçirəcəklərini açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, BMT-nin katibi Antonio Guterresi Ərbil şəhərində qəbul edib. Görüşdə İŞİD-dən sonra İraqın problemləri və muxtariyyətin taleyini təyin edəcək "müstəqillik referendumu" müzakirə olunub.
Bərzani Antonio Guterresə "ilk dəfə bizdən eşitməyinizi istəyirəm, ən yaxın bir vaxtda referendum keçirəcəyik. Bu istəyimizi anlayışla qarşılamağınız bizi xoşbəxt edər" deyib.
Guterres, BMT-nin bütün qurumlarının xüsusi ilə İŞİD-dən sonra problemlərin həll olunması üçün İraq və kürd muxtariyyəti ilə tam dayanışma içərisində hərəkət etməyə hazır olduqlarını bildirdi.
OXŞAR XƏBƏRLƏR
17:05
201
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
415
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
413
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1111
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1193
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1715