Mahaçqalanın mərkəzində güclü yanğın başlayıb
Mahaçqalanın mərkəzində bazar yanır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yanğın bazardakı konteynerlərdən birində başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər gələnə qədər 400 kv.metr ərazi külə dönüb. Alovlar anidən daha böyük ərazini əhatə edib.
Hadisə nəticəsində ölən və ya xəsarət alanın olmadığı bildirilir.
Sözü gedən bazarda martın 6-da da yanğın olub. Həmin hadisə zamanı da yanğın konteynerlərdən başlayıb, onlardan 3-ü külə dönüb.
OXŞAR XƏBƏRLƏR
17:05
201
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
415
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
413
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1111
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1193
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1715