Göyçayda faciə: azyaşlı valideynlərinin yanında çayda boğuldu
Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Göyçay şəhərində qeydə alınıb.
Rayon sakini, 2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən suya yıxılıb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Çayda su çox olduğuna görə 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. Hazırda FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Aran dalğıc-axtarış qrupunun əməkdaşları və uşağın yaxınları çayda axtarış işlərini davam etdirirlər.
Məlumata görə, uşaq öz valideynləri ilə birgə çayın kənarında olub. Uşağın atası çayda balıq tuturmuş, anasının nəzarətindən kənarda qalan azyaşlı çaya düşüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA