Aqasi Tadevosyan: "Ermənistanı itiririk"
"Seçki təbliğatı adı ilə qaldırılan problemlər reallığı əks etdirmir. Nəzarət altında aparılan təbliğat kampaniyası çərçivəsində ölkədəki mövcud problemlərin çox cüzi hissəsi qabardılır".
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu fikirləri seçki texnoloqu Aqasi Tadevosyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda seçki öncəsi əhaliyə boş vədlər verilir:
"Bu, məsələnin görünən tərəfidir. Görünməyən tərəfinin arxasında isə köhnə təcrübə, "çirki pullar" və çox kiçik problemlərin həlli dayanır. Onlar isə yalnız hakimiyyətin kriminal avtoritetləri tərəfindən həll edilə bilər".
A. Tadevosyan bildirib ki, Ermənistanda hakimiyyətin kriminal qruplaşmalarla əlaqəsi sovet vaxtından formalaşıb. Onun fikrincə, sovet vaxtından qalan daha bir "ənənə" bürokratiyadır:
"Sovet nomenklaturası indi Ermənistanda postsovet nomenklaturasına çevrilib. Hazırda bunun bir tərəfi biznesə, digər tərəfi isə qanunsuz hakimiyyətin qorunub saxlanılmasına yönəldilib. Biz Ermənistanı itiririk. Ölkənin gələcəyi barədə pozitiv fikirlər söyləmək qeyri-mümkündür" - deyə, o bildirib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA