Havalar kəskin dəyişir: yağış, şaxta, qar
Aprelin 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə, Bakıda gecə 4-6, gündüz 9-11 dərəc isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA