ABŞ Əsəddən vaz keçir, Rusiya Suriya prezidentinin qələbə qazandığını deyir
"Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması daha Vaşinqton üçün prioritet deyil".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
O, eyni zamanda yeni administrasiyanın prezident Bəşər Əsədin istefası məsələsinə köklənməyəcəyini, əsas məqsədin isə Suriya xalqı üçün pozitiv dəyişikliklərə nail olmaq olduğunu bildirib.
Bir qədər əvvəl dövlət katibi Reks Tillerson da N.Heylinin bəyanatına oxşar açıqlama ilə çıxış edib.
Barak Obamanın prezidentliyi dövründə Ağ Ev dəfələrlə Suriya liderini istefaya çağırmışdı.
Bu arada, Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ-ın B. Əsədlə bağlı mövqeyini şərh edərkən, bu faktı birmənalı olaraq Suriya prezidentinin malik olduğu gücün etirafı kimi dəyərləndirib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA