Neft bahalaşmaqda davam edir, "Brent" 53, WTİ 50 dollar həddini keçdi

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir. Son 24 saat ərzində "Brent" markalı neftin maksimum qiyməti 53,20 dollar olub, səhər seanslarında bu qiymət 52,84 dollar səviyyəsinə düşüb. Qərbi Texas nefti də uzun fasilədən sonra 50 dollar həddini keçib. Axşam seanslarında 50,41 dollardan satılan WTİ nefti səhər keçirilən hərraclarda 50,13 dollara düşüb.

 

Qiymətlərin bahalaşmasına təsir göstərən əsas amillər ABŞ-da anbarlarda saxlanan ehtiyat neftin həcminin azalması və neftayırma zavodlarının fəaliyyətinin artmasıdır. Bu amillər neftə olan tələbatın artacağına işarə kimi dəyərləndirilir. Bundan başqa OPEK-in hasilatın azaldılması sazişinin müddətini uzatmaq ehtimalı da bazar tərəfindən müsbət amil kimi dəyərləndirilir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR