Cənubi Koreyanın keçmiş xanım prezidenti həbs olundu

Cənubi Koreyanın sabiq prezidenti həbs olunub.  

 

APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Kın Xe Seul məhkəməsi müvafiq order verdikdən sonra polis tərəfindən saxlanılıb.

Sabiq prezident rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunub.     

 

Bundan əvvəl, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. İri korrupsiya qalmaqalı ilə bağlı verilən impiçment qərarı ötən ilin dekabrın 9-da parlament tərəfindən qəbul edilib. 

  

Ölkədə prezident səlahiyyətlərini hazırda baş nazir Xvan Qe An icra edir.

 

Qeyd edək ki, ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR