Paris qarışdı: polislə qarşıdurmalar başladı
Fransa paytaxtında etiraz aksiyaları vüsət götürüb. APA TV-nin məlumatına görə, vəziyyətin gərginləşdiyi üçüncü sutkada etiraz dalğası paytaxtın mərkəzinə keçib.
Yüzlərlə brend mağazanın yerləşdiyi Rivoli küçəsi indi döyüş meydanını xatırladır. Vəziyyət o yerə çatıb ki, nümayişçilərin qarşısını hətta polisin təhlükəsizlik baryerləri də ala bilmir. Etirazçılar təhlükəsizlik qüvvələrinə fişəng, tullantı qutuları və əllərinə keçən digər əşyalar atır.
Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir. Yaxınlıqdakı ticarət obyektlərinin şüşə və vitrinləri, avtobus dayanacaqları sındırılaraq yararsız hala düşüb. Mülki geyimli polislər 56 yaşlı Paris sakininin evinə gələrək, onu güllələyib.
Öldürülən 56 yaşlı Çin əsilli Li Şayonun ailəsinin çağırışlarına əsasən 200 nəfər artıq üçüncü gecədir ki, Paris küçələrinə çıxaraq, polis qəddarlığına qarşı etiraz edir.
Təhlükəsizlik qüvvələri ilə baş verən toqquşmalar zamanı 2 nümayişçi və 6 polis əməkdaşı olmaqla 8 nəfər yaralanıb. Cümə axşamına keçən gecə həbslər olmasa da, ötən iki sutka ərzində 45 nəfər polis tərəfindən saxlanılıb. Onların arasında 8 yeniyetmə də var.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA