Çin rəhbəri ABŞ-a gəlir, Tillerson Moskvaya gedir: NATO TOPLANTISI ƏRƏFƏSİNDƏ
NATO-ya üzv ölkələrin xarici işlər nazirləri aprelin əvvəllərində Brüsseldə toplanacaq. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ dövlət katibi Reks Tillerson bu toplantıya qatılmayacaq.
Buna səbəb Çin dövlət başçısının həmin tarixlərdə ABŞ-a gözlənilən səfəri ilə əlaqədardır.
Çin rəhbərinin ABŞ prezidenti Donald Trampla görüşünün Floridada baş tutacağı deyilir.
Tillerson isə bu görüşlərdən sonra Rusiyaya gedəcək.
Ekspertlər dövlət katibinin NATO tədbirinə qatılmamasını Trampın əks-cəbhədə olan böyük dövlətlərlə münasibətlərə daha çox önəm verməsi kimi qiymətləndirir.
Ehtimal olunur ki, ABŞ bu addımı ilə müttəfiqlərinə "bizə möhtacsıznız" mesajını vermək istəyir.
NATO xarici işlər nazirlərinin tədbirində ABŞ-ı Tillersonun köməkçisi Tom Şannon təmsil edəcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA