Putin: "Rusiyada baş verən iğtişaşlar..."

Rusiya prezidenti ölkədə ötən bazar günü korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarına münasibət bildirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Vladimir Putin korrupsiya əleyhinə mübarizə məsələsinin hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasının tərəfdarı olduğunu söyləyib. Prezident vurğulayıb ki, bu problemlərə insanlar tərəfindən diqqəti hər zaman müsbət qəbul edir.

 

V. Putin sanksiyalaşdırılmamış etiraz aksiyalarından kiminsə seçki öncəsi təbliğat məqsədilə istifadə etməsini yolverilməz adlandırıb. "Mən hansısa siyasi qüvvələrin hansısa siyasi hadisələr, o cümlədən ölkə daxilindəki seçki kampaniyaları ərəfəsində öz maraqları və siyasi səhnədə reklamları naminə bu üsuldan istifadə etməsini düzgün saymıram".   

 

Rusiya prezidenti qeyd edib ki, sanksiyalaşdırılmamış etiraz aksiyaları "ərəb baharı"na və Kiyevdə hakimiyyətin dəyişməsinə gətirib çıxarıb: "Bu hadisələrin bizim qonşumuzu, Ukraynanı hansı xaosa düçar etdiyini yaxşı bilirik"- deyə Putin əlavə edib.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR