ABŞ-ın dövlət katibi: "Türkiyə ilə ortaqlığı davam etdirəcəyik"
"Keçmişdə ABŞ-la Türkiyə münasibətlərinə mənfi təsir edən hadisələr oldu. Bunlardan biri İŞİD-lə mübarizədə Obama Administrasiyasının YPG və PYD ilə əməkdaşlığı və verdiyi dəstək idi". Bunu Türkiyənini xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlər katibi Reks Tillersonla birgə keçirdiyi mətbuat konfransında deyib: "Amerika rəhbərliyi, hərbçiləri YPG ilə PKK arasında fərqin olmadığını qəbul edirlər. Bizi hədəf alan bir terror təşkilatına verilən dəstək bizi təəssüfləndirdi. Münasibətlərimizə mənfi təsir etdi. İndiki rəhbərlikdən daha haqlı münasibət gözləyirik".
Türkiyə XİN rəhbəri ABŞ və Türkiyə arasındakı dostluq münasibətlərinin həmişəkindən daha güclü olmalı olduğunu deyib. İŞİD-ə qarşı birgə mübarizə aparılmalı olduğunu deyən Çavuşoğlu əlavə edib ki, 68 ölkə 10-20 min nəfərlik bir terror təşkilatını məğlub edə bilmirsə, o zaman fəaliyyətlərinə yenidən nəzər yetirməlidir.
Reks Tillersonla müzakirə olunan məsələlərdən biri isə Fətullah Gülənin Türkiyəyə qaytarılması olub. Çavuşoğlu Fətullah Gülənin ekstradisiyası məsələsində ABŞ-dan konkter addımlar və ən azı həbs gözlədiklərini deyib.
Reks Tillerson deyib ki, Türkiyədə keçirdiyi görüşlərdə İŞİD-lə mübarizə, 2 ölkə arasında iqtisadi münasibətlər və bölgədə sülhün əldə edilməsi əsas müzakirə mövzusu olub. Türkiyənin bölgədə apardığı mübarizəni dəstəklədiklərini vurğulayan Reks Tillerson jurnalistlərin "ABŞ-ın YPG-yə dəstək verməkdə davam edəcəkmi?" sualına isə konkret cavab verməkdən yayınıb: "Sizin sualınız görüşümüzün əsas müzakirə mövzularından idi. Suriya daxilində sülhün əldə olunmasını müzakirə etdik. Çox faydalı görüş oldu. Rəqqanın gələcəyi məsələsində nəzarətin yerli rəhbərliyə geri verilməsini istəyirik".
Tillerson qeyd edib ki, ABŞ və Türkiyə koalisiyanın bir hissəsi olaraq ortaqlığı davam etdirəcəklər. Bəşər Əsədin hakimiyyətdən gedib-getməməsinə isə Suriya xalqı qərar verəcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA