Arvadını qətlə yetirən ər: "Soruşdum kimindir, demədi, mən də başını kəsdim"

Bakıda hamam otağında həyat yoldaşının boğaz nahiyəsinə ardıcıl bıçaq xəsarətləri yetirərək öldürən  27 yaşlı İsrail Cəlilov barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsi Pünhan Təbrizli küçəsi ev 10 ünvanında qeydə alınıb.


Rayondan evlərinə gələn İsrail Cəlilov həyat yoldaşının hərəkətlərindən şübhələnib: "Telefonuna zəng gəldi. Soruşdum, haradandır səndə telefon, demədi. Mən yoldaşıma telefon almamışam. Telefonu atdı yerə sındırdı. Mən şübhələndim. Keçib mətbəxdən bıçağı götürüb, gəlib başını kəsdim".  

 

Hadisəni törədəndən sonra  İsrail Cəlilov könüllü olaraq polisə təslim olub. İdarəyə gələn təqsirləndirilən şəxs həyat yoldaşı , 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsərək öldürdüyünü etiraf edib.  

 

Hadisənin qısqanclıq zəminində törədildiyi  təsdiqini tapıb.

Qeyd edək ki, birgə nikahdan Cəlilovların 2 oğlan övladı var. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR