Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək
Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək. APA TV -nin məlumatına görə, bu fikir Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.
Layihəyə əsasən, gözün buynuz qişası mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.
Gözün buynuz qişası xüsusi icazə əsasında Azərbaycana idxal olunacaq.
Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gözün buynuz qişasının Azərbaycana Səhiyyə Nazirliyinin xüsusi icazəsi əsasında gətiriləcəyini söyləyib.
Gömrük Komitəsinin şöbə müdiri Sənan Muxtarov deyib ki, xüsusi icazə olduğu halda ölkəyə gözün buynuz qişasının idxalı mümkün olacaq: “Mən də düşünürəm ki, bununla bağlı xüsusi icazəni Səhiyyə Nazirliyi verəcək. Gömrük Komitəsi bu qanunların qəbul olunmasını dəstəkləyir. Bu qanunların Milli Məclisdə qəbulundan sonra dövlət başçısının müvafiq fərmanlarına, aidiyyəti qanunlara da dəyişikliklər ediləcək”.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA