Şəmkirdə yaşayış evində partlayış: yaşlı qadının vəziyyəti ağırdır

Şəmkirdə yaşayış evində partlayış baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kür qəsəbəsində Cahan Hacıyevə məxsus mənzildə qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində həmin evdə yaşayan, 1950-ci təvəllüdlü Gülnarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan, onu Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar.


Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib.


Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR