Sakinlər çarəsizdir, canavarlar kənddə heyvan qoymayıb
Kürdəmir rayonunda canavarlar kəndə hücum edib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib.
Kənd sakini, 80 yaşlı Ağamusa Ağasəf oğlu Hacıyevin fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 2 baş heyvanı parçalayaraq tələf edib, 8 başa müxtəlif dərəcəli xəsarət yetirib, 7 qoyunu isə aparıb. Hadisə yerinə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub. Yaralı heyvanlar vaksinasiya edilib, tələf olanlar isə dərmanlanaraq torpağa basdırılıb.
Təsərrüfat sahibi A.Hacıyev belə bir hadisə ilə ikinci dəfədir üzləşdiyini deyir. Hətta gündüz saatlarında da canavarların kənddə göründüklərini deyən sakinlər analoji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.
Qeyd edək ki, Aran bölgəsində kəndlərə vəhşi heyvanlar tez-tez hücum edir. Sakinlər analoji hadisələrin Kürdəmir rayonu ilə sərhəddə yerləşən Ucar və Zərdab rayonlarında da qeydə alındığını deyir. Kürdəmir rayon Baytarlıq İdarəsini rəisi Mehdi Nəsirov analoji hadisələrin əsas səbəbinin son illər heyvanların ovuna qadağa qoyulduğu üçün saylarının kifayət qədər artdığını və yaz aylarında cütləşmə dövrü yaşadıqları üçün daha da aqressiv olduqlarını deyir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA