Türkiyədə futbol klubunun prezidenti bıçaqlanıb

Türkiyə futbol çempionatının ikinci liqasında mübarizə aparan “Sivas Bələdiyyəspor” klubunun prezidenti Turhan Tunahan bıçaqlanıb. APA TV-nin məlumatına görə, klub prezidenti bazarın qarşısında şəriki ilə mübahisə edib. Mübahisə davaya çevrilib və şəriki Turhan Tunahanı bıçaqlayıb.

 

Klub prezidenti xəstəxanaya çatdırılıb. Onu bıçaqlayanın özünün də əli kəsilib və xəstəxanaya müraciət edib.

 

Sivasın bələdiyyə başçısı və “Sivas Bələdiyyəspor” klubunun fəxri prezidenti Sami Aydın, klubun baş məşqçisi Mustafa Çapanoğlu, eləcə də, futbolçular xəstəxanaya toplaşıblar.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR