Donald Tramp qızına vəzifə verdi
ABŞ prezidenti Donald Trampın qızı İvanka bəyan edib ki, atasının komandasında rəsmi əməkdaşı olacaq, amma buna görə maaş almayacaq. APA TV-nin məlumatına görə, İvanka Tramp atasının xüsusi müşaviri olacağını bildirib. O, son vaxtlar heç bir rəsmi vəzifə tutmadan faktiki olaraq prezidentin müşaviri səlahiyyətlərini icra etməsinin bəziləri tərəfindən tənqidlə qarşılandığını eşitdiyini deyib.
Ağ Ev də bəyanat yayıb və İvanka Trampın qərarını alqışlayıb.
Bundan əvvəl bildirilirdi ki, İvanka Trampa Ağ Evdə otaq ayrılıb və məxfi informasiyalarla işləmək səlahiyyəti verilib.
İvanka Trampın həyat yoldaşı Cared də bir sıra mühüm sahələr, o cümlədən xarici siyasət məsələləri üzrə prezidentin müşaviridir.
OXŞAR XƏBƏRLƏR
17:05
271
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
451
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
445
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1112
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1193
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1716