Bağdadda daha bir qanlı terror

 

İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib. APA TV-nin məlumatına görə, terror aktı nəticəsində azı 17 nəfər ölüb, 60-dan çox adam xəsarət alıb.

 

Terrorçu-intiharçı partlayıcı quraşdırılmış yük maşınını Bağdadın cəbun çıxışındakı posta çırpıb.

 

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur. İraqda son vaxtlar baş verən terror aktları İŞİD-in Mosulun terrorçulardan azad edilməsi əməliyyatına cavabı kimi qiymətləndirilir. Mosulun azad edilməsi uğrunda əməliyyat ötən ilin oktyabrında başlayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR