Türkiyə “Fərat qalxanı” əməliyyatının başa çatdığını elan etdi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının yekununda açıqlama verilib. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantıda bildirilib ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD terror təşkilatının yaratdığı təhlükənin dəf olunması və suriyalı qaçqınların evlərinə qayıdışı üçün keçirilən əməliyyat uğurla başa çatıb. 

Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatına ötən il avqustun 24-də başlayıb. Əməliyyat çərçivəsində Azad Suriya Ordusu ilə birlikdə Ceravlus və Əl Bab şəhərləri İŞİD terrorçularından təmizlənib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, əməliyyatın məqsədi 5000 kv.m. ərazinin terrorçulardan təmizlənməsi və qaçqınların yerləşdirilməsi üçün təhlükəsiz bölgənin yaradılmasıdır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR