Bakıda sərnişinin həyatını xilas edən sürücü təltif olunub
Avtobusda yıxılan sərnişinin həyatını xilas etmiş 8 nömrəli marşrut xəttinin sürücüsü Zakir Həsənov diplomla təltif olunub. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, belə sürücülərə diqqət yetirmək onların vəzifəsidir.
"Bu gün bir sürücümüzün bir vətəndaşımızı belə yüksək peşəkarlıq göstərərək xilas etməsi diqqətəlayiqdir. Bu, eyni zamanda digər sürücülərin də təşviq olunmasında, sürücülük və vətəndaşlıq borcunu onlara göstərmək üçün ki, onlardan da eyni hərəkətləri, sərnişinə qarşı eyni səviyyədə diqqətli olmasını təklif edirik".
Vüsal Kərimli bildirib ki, "Bakubus" Məhdud Məsluliyyətli Cəmiyyətində işə qəbul olunan sürücülər üçün vaxtaşırı müxtəlif təlim kursları təşkil olunur.
"Bütün sürücülər işə götürülməzdən əvvəl mütləq şəkildə təlim prosesi keçir. Təlim prosesində onlar ilkin tibbi yardım üzrə xüsusi kurslar keçir. Hazırda biz "İslam Həmrəylik Oyunlarına ayrılacaq sürücülərin təlimi ilə məşğuluq. May ayından etibarən isə bütün daşıyıcılar xüsusilə Bakı Nəqliyyat Agentliyinin tərkibində yaranmış Təlim Mərkəzində xüsusi kurslardan keçərək, sükan arxasına buraxılacaqlar".
Tədbirin sonunda 8 nömrəli marşrut xəttinin sürücüsü Zakir Həsənov Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi təşəkkürnamə ilə mükafatlandırılıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA