Bərdədə sürücü 10 dəqiqə fasilə ilə iki piyadanı vurdu - KURYOZ QƏZA
Bərdədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzasını eyni sürücünün törətdiyi məlum olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, sürücü Vəliyev Tahir İsrafil oğlu idarə etdiyi "NAZ Lifan" markalı "59 BD 526" dövlət nömrə nişanlı maşınla Bərdə şəhər mərkəzində yolu keçmək istəyən 17 yaşlı İlqar Məmmədovu vurub. Sürücü hadisə yerindən qaçıb. Yaralı İlqar Məmmədov ətrafdakıların köməyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib.
Sürücü isə ilk hadisəni törətdikdən sonra Tərtər istiqamətində qaçmaq istəyərkən, Bərdə-Tərtər yolunda yol kənarını süpürən, Bərdə rayon Yaşıllaşdırma İdarəsinin süpürgəçisi, 63 yaşlı Məlahət Yusifovanı vurub. Yaralı qadın hadisə yerində ölüb. Tahir Vəliyev bu dəfə də hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma başlanıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA