Övladını amansızlıqla qətlə yetirən valideynin cəzası nə olmalıdır? - SORĞU
Valideyn üçün ən ali varlıq onun övladıdır. Lakin təəssüf ki, bəzən digər hisslər doğmalıq hissinə üstün gəlir. Nəticədə, bəzən şiddətə, bəzən aşırı zorakılığa, bəzən isə hətta qətlə belə əl atılır. Təəssüf ki, zaman-zaman mətbuatda valideynin övladını qətlə yetirməsi barədə xəbərlərə rast gəlinir. Məsələn, belə dəhşətli qətllərdən biri dünən Sabirabadda törədilib. Ata 7 yaşlı oğlunu aldadaraq yarımçıq tikiliyə aparıb, orada oğlunun başını çəkiclə əzərək öldürüb. Bəs belə valideynə necə cəza verilməlidir?
- O həyatda heç yaşamalı deyil. Elə valideynə valideyn deyə bilmərəm.
- Türmə heyifdir onun üçün. Onu ayağından, ya da başından asasan, Nəsimi kimi doğrayasan, dərisini soyasan.
- Ancaq ölüm. Tutdun, buraxdın, yenə həmin şeydir.
- Asılmalıdır o.
- Valideyn hüququndan məhrum edilməli, bir də ki, ömürlük həbsə məhkum olunmalıdır.
- Elələrinə bu həyatda yer yoxdur. Cəzası böyük olmalıdır.
- Ən azı, psixoloji problemləri var. Onu ömürlük həbslə cəzalandırmaq daha düzgün olar. Ömürlük həbs. Psixi, əqli problemi olmalıdır.
- Güllələnmə. Ondan artıq nə cəza vermək olar?
- Elə valideyn olar? Elə insanı cəmiyyət içinə buraxmaq olar?
- Məncə həbs cəzası yetərli olar.
- Elə ölümə ölümlə cavab verilməlidir.
- Ümumiyyətlə, elə birinə insan demək olmaz. Ömürlük həbs.
- Ölüm cəzası verilməlidir, məncə.
- Onu cəzasını Allah verəcək. Mən elə başa düşürəm ki, insanlar çox zəifdir. Ailədə münaqişə olur, heyfini uşaqdan çıxırlar. Allah heç bir bəndəsinin ağlını başından almasın. Allah heç bir bəndəsini özbaşına qoymasın. Nəzəri üstündə olsun!
OXŞAR XƏBƏRLƏR
17:05
320
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
463
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
458
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1115
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1195
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1718