Səlim Müslümov: "Azərbaycan Qətərə işçi qüvvəsi göndərəcək"
Azərbaycan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına işçi qüvvəsi göndərəcək. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir əlavə edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək mundiala 200 milyard dollar investisiya yatırılacaq.
Təbii ki, bu yarışa hazırlıq məqsədilə xeyli sayda işçi lazımdır, amma bu qədər işçi onlarda yoxdur. Buna görə Qətər dövləti bir neçə ölkə kimi, Azərbaycana da işçi göndərilməsi ilə bağlı müraciət edib. Bununla bağlı müvafiq işlər görülür.
Nazir deyib ki, hazırda dünyada işsizlərin sayı 200 milyona çatıb. 2030-cu ilə qədər 600 milyon yeni iş yeri yaradılmalıdır ki, onların hər biri işlə təmin edilsin. Səlim Müslümov əmək qabiliyyətli yaşda olan qadınlar arasında işsizliyin səviyyəsi kişilərdən 23 faiz çox olduğunu deyib. O əhalinin yaşlanması prosesi barədə də danışıb.
"Artıq Azərbaycanda da bu özünü göstərməkdədir. Son 20 il ərzində Azərbaycanda 65 yaşdan yuxarı olan əhalinin xüsusi çəkisi 6,2 faizə qədər artıb. Apardığımız aktual hesablamalar göstərir ki, 2050-ci ilə qədər bu rəqəm 22 faizə qədər artacaq. Əgər 90-cı illərin əvvəllərində təbii artımın yüksək olması hesabına Azərbaycanda xüsusi ilə də son 10 il ərzində demoqrafıq yük əmsalı 40-a enmişdisə, bizim hesablamalarımıza görə, 2050-ci ildə bu rəqəm yenidən 63-ə qalxacaq".
Nazir qeyd edib ki, Azərbaycanda qeyri formal çalışanların sayı məcburi əməyə cəlb edilənlərdən daha çoxdur. Onun sözlərinə görə, uşaq əməyinin istismarına daha çox kənd yerlərində rast gəlinir.
Qeyd edək ki, bu gün Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA