Baş kəsən İŞİD lideri Türkiyədə ələ keçdi

İŞİD terror təşkilatının liderlərindən biri Türkiyədə saxlanılıb.

 

APA TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri terrorçunu həyat yoldaşı ilə birgə Adana vilayətində ələ keçirib.  Safvan Qahvatı dindirilmədən sonra həbs olunub, həyat yoldaşı isə sərbəst buraxılıb.

 

Suriya vətəndaşı olan terrorçunun "Fərat qalxanı" əməliyyatından sonra Avropaya qaçmağa çalışdığı müəyyən olunub. Onun üzərindən çıxan elektron daşıyıcılardakı informasiyalar onun İŞİD-in liderlərindən olduğunu təsdiqləyib. Həmin informasiyalar içərisində terrorçunun bir neçə fotosu da olub. Təbliğat məqsədli çəkilən fotolardan birində Safvan Qahvatı bir nəfərin boğazına bıçaq dayayır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR