Ekspert: "Avropa İttifaqını yeni böhran gözləyir"
"Avropa İttifaqını yeni maliyyə böhranı gözləyir". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bədbin proqnozu Danimarkadakı "Saxo Bank"ın baş valyuta strategi Con Hardi verib.
O, deyib ki, əgər yaxın gələcəkdə ittifaqın strategiyasında mühüm dəyişikliklər edilməzsə, qurumu tərk edən dövlətlərin sayı daha da çoxalacaq. Ekspert hətta bu ölkələrdən bəzilərinin adlarını çəkib. C. Hardinin sözlərinə görə, əgər ittifaq daxilindəki böhran dərinləşərsə, İngiltərənin ardınca İtaliya, İspaniya və Portuqaliya da Avropa Birliyini tərk edə bilər.
Con Hardi Yunanıstanın üzləşdiyi ağır iqtisadi böhranın daha kəskin olduğuna diqqət çəkib. Onun fikrincə, Yunanıstan hakimiyyəti yaranmış böyük miqdarda borcun ödənilməsini təmin etmək iqtidarında deyil.
"Yunanıstanın üzləşdiyi vəziyyət yekun nəticədə ölkənin bütövlükdə uçuruma yuvarlanması ilə nəticələnəcək".
Bu arada, bir qədər öncə analitiklərin Fransada keçirilən seçkilərdə Marin Le Penin qalib gələcəyi təqdirdə dollar və avro kursunun bərabərləşəcəyini proqnozlaşdırıb. Le Pen Avropa İttifaqı kimi hegemon imperiyaların çox yaxında məhv olacağını bildirib. "Milli Cəbhə"nin namizədi həmçinin prezident seçiləcəyi halda Fransanın avrodan imtina edəcəyini, bundan sonra isə ölkə iqtisadiyyatında yüksəliş yaşanacağını qeyd edib. Bundan başqa o, Yunanıstan, İspaniya və İtaliyanı öz milli valyutalarına qayıtmağa çağırıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA