ABŞ xəbərdarlıq etdi: Türkiyəni yeni terror aktı gözləyir
ABŞ öz vətəndaşlarını Türkiyəyə səfər etməməyə çağırıb. ABŞ Dövlət Departamenti bu xəbərdarlığı Türkiyədə artan təhlükəsi ilə əlaqələndirib. Açıqlamada ABŞ-ın hökumət üzvlərinə Türkiyəyə qoyulmuş səyahət məhdudiyyətinin davam etdiyi bildirilir. Dövlət Departamentinin xəbərdarlığında deyilir ki, Türkiyədəki terror aktları insanların sıx toplaşdığı yerlərdə, turizm bölgələrində, restoranlarda, gecə klublarında, ticarət mərkəzlərində, ibadət yerlərində, ictimai nəqliyyat vasitələrində törədilə bilər.
Maraqlıdır ki, ABŞ bu xəbərdarlığı dövlət katibi Reks Tillersounun Türkiyəyə səfərinə bir gün qalmış edib. Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Onun müxalifət liderləri ilə görüşü planlaşdırılmayıb.
OXŞAR XƏBƏRLƏR
17:05
320
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
463
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
458
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1115
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1195
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1718