"Bakubus" sürücüsü sərnişini xilas etdi - VİDEO
Bakıda marşrut avtobusunun sürücüsü sərnişini ölümdən xilas edib. “BakuBus”ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq prospektindən 28 May metrostansiyası istiqamətində hərəkətdə olan “BakuBus”a məxsus 8 nömrəli marşrut xəttində baş verib.
“BakuBus” hadisə anı lentə alınan video görüntüləri də APA-ya təqdim edib.
Videogörüntüdən də aydın olur ki, avtobus "Neftçi" İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin səhhəti qəflətən pisləşir, o, müvazinətini itirərək yerə yıxılır. Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sürücü huşunu itirən sərnişini avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır, daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA